Tanınmış jurnalist ailəsi ilə birlikdə qəzaya düşdü
Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.
Milli.Az xəbər verir ki, onun dostu, jurnalist Nicat Dağların report-a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.
Belə ki, C.Musaoğlunun idarə etdiyi "KİA" markalı avtomobil digər maşınla toqquşub. Nəticədə "KİA" bir neçə dəfə aşıb.
Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yük maşını ilə minik avtomobili toqquşub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə Nəsrəddin Tusi küçəsində qeydə alınıb. İlkin məlumata görə, yük maş...