Taksi sürücülərindən qanunsuz pul yığılması davaya səbəb oldu - DİN-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Qazaxda baş verən insidentlə bağlı açıqlama verib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “oxu.az”a bildirib ki, martın 3-də Qazax Rayon Polis Şöbəsinə Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinləri Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub:
“RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatları alınıb. İlkin araşdırmalar nəticəsində davaya səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu” şirkətində mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub”.
O qeyd edib ki, faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda fermer tibb məntəqəsini çobanlarının yaşayış yerinə çevirdi - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Goranboy rayonu Erkəc kəndinin sakinləri ilə polis arasında qarşıdurma olması barədə məlumat yayılıb. BAKU.WS xəbər verir ki, məlumatda kənd...