Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan 2-nin vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə isə meninqoensofalit ( beyin və beyin qişalarının eyni vaxtda iltihablanması -red) diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.
Oxşar xəbərlər
Arif Əfəndiyev vəfat etdi
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib. BAKU.WS xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib. Xatırladaq ki, A....