Sürücü yol polisinin əmrinə tabe olmayıb qaçdı - 99-MK-481 - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunda hərəkət edən sürücünün təhlükəli hərəkətləri “avtosfer.az”ın kamerasına düşüb.
BAKU.WS xəbər verir ki, mayın 8-i Beynəlxalq Avtovağzalın yanından üzü şəhər istiqamətinə hərəkət edən 99-MK-481 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək hərəkət edib.
O, bir az qarşıda manevr qaydasını yenidən pozaraq özündən solda hərəkət edən avtomobilə təhlükə yaradıb.
Bu səbəbdən ona yol patrul xidməti inspektoru saxla işarəsi verir, lakin sürücü dayanmadan hərəkətinə davam edib.
Bundan sonra o, tunelə daxil olan zaman 1.1 bütöv xəttin tələbini pozaraq yüksək sürətlə gözdən uzaqlaşıb.
Həmin görüntüləri sizə təqdim edirik.
Oxşar xəbərlər
Bakıda məmur oğlundan qudurğanlıq - polisə tabe olmayaraq qaçdı - VİDEO
Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə reyd aparı...