Surət Hüseynovun keçmiş cangüdəni toyda kababa görə bıçaqlandı (VİDEO)

Surət Hüseynovun keçmiş cangüdəni toyda kababa görə bıçaqlandı (VİDEO)
Video
Hadisə 3936

 

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb. 

"Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatına gəldikdə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib.

Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədova 5 bıçaq zərbəsi vurub.

Onu bıçaqlayan şəxs saxlanılıb.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub. 

BAKU.WS

Oxşar xəbərlər

Rusiyada azərbaycanlılar arasında dava düşüb - Ölən və yaralananlar var

Rusiyada azərbaycanlılar arasında dava düşüb - Ölən və yaralananlar var

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub. BAKU WS APA-tya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər bıçaqlanıb. B...

1542 Hadisə 19:15 20 aprel 2017

Son xəbərlər