Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb.
V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu deyib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı
Abşeron rayonunda yeniyetmə oğlan tanışını bıçaqlayıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekt...