“Sunset”dəki partlayışda yaralanan kişinin vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: "Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60%-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".
Oxşar xəbərlər
“Sunset” istirahət mərkəzində partlayış - Yaralılar var - YENİLƏNİB
Sumqayıt şəhəri “Sunset” istirahət mərkəzində baş verən partlayışla bağlı Sumqayıt Tibb Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 19:12 radələrində Sumq...