“Sunset” istirahət mərkəzində partlayış - Yaralılar var - YENİLƏNİB

“Sunset” istirahət mərkəzində partlayış - Yaralılar var - YENİLƏNİB
Hadisə 2207

Sumqayıt şəhəri “Sunset” istirahət mərkəzində baş verən partlayışla bağlı Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.

Çağırışla əlqədar hadisə yerinə iki briqada cəlb olunub. Məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan üç əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü iki qadın və 1963-cü il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Vəziyyətləri ağır olan hər üç şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.

***20:09

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər