Xırdalanda yaşayış binasındakı partlayışda xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Xırdalanda yaşayış binasındakı partlayışda xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
Video
Hadisə 413

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

***22:50

BAKU.TV Xırdalanda baş verən partlayışla bağlı hadisə yerindən canlı yayıma çıxıb.

Məlumata görə. aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub. Əraziyə Abşeron rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev də gəlib.

***22:27

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***22:06

Xırdalanda yaşayış binasında partlayış olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Son xəbərlər