Xırdalanda partlayışda yaralananların adları məlum olub - SİYAHI
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışda yaralananların adları məlum olub.
BAKU.WS xəbər verir ki, həmin partlayış nəticəsində xəsarət alanların adları aşağıda qeyd olunub.
Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş,boyun,hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanıgı ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirlir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.
Oxşar xəbərlər
Xırdalanda yaşayış binasındakı partlayışda xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron...