Sumqayıtda dəhşətli qəza: ölənlər var (VİDEO, FOTO)
12
mar
2018
08:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, şəhərin 9-cu mikrorayonu ərazisində "Hyundai" markalı avtomobillə "50-BY-671" dövlət qeydiyyat nişanlı "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.Ölən şəxslər "Oka"nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.Yaralılar, eləcə də, "Hunday"ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.BAKU.WS 

Oxşar xəbərlər
Azərbaycanda çoxmərtəbəli binada DƏHŞƏT - 3 nəfər ağır xəsarət aldı - FOTO
Sumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəll...