Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.
BAKU.WS "Report"a istinadən verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.
A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Bakıda hotelin qarajında alman maşınları YANDI
Bakının Nizami rayonunda yanğın olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 400 m² olan...