Sumqayıtda toyda faciə: 49 yaşlı kişi rəqs edərkən öldü
31
yan
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində toy mərasimi zamanı ölüm hadisəsi baş verib.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Alinea" restoranında qeydə alınıb.
Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədov rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində vəfat edib.
Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Yeraltı keçidin yanından qaçaraq keçdi, avtomobil vuraraq öldürdü
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə...