Sumqayıtda silah-sursat aşkarlanıb
12
mar
2025
13:15
Sumqayıt şəhərində silah-sursat aşkar edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd 7,62 "AK" markalı "Kalaşnikov" avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub.
Aşkar edilən silah-sursat polisə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...