Sumqayıtda müəllimənin meyiti tapılıb
30
okt
2019
18:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində 60 yaşlı müəllimənin meyiti tapılıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır. İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vilayət Eyvazov rəisi işdən çıxardı
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.BAKU.WS report-a istinadən xəbər verir ki, Da...