Vilayət Eyvazov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisini təqaüdə göndərdi - FOTO

Vilayət Eyvazov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisini təqaüdə göndərdi - FOTO
Siyasət 1380
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.

Oxşar xəbərlər

Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət...

7810 Siyasət 16:20 03 oktyabr 2019

Son xəbərlər