Sumqayıtda kanalizasiya tutuldu, yolu su basdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Sumqayıt şəhəri İsmət Qayıbov küçəsini su basıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, kanalizasiya sularının yola axması nəticəsində yolu su basıb və bu, nəqliyyat vasitələrinin hərəkəsində problemlərə səbəb olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məsələ ilə bağlı bildirib ki, yağış kollektorunda tutulma olub:
“Hazırda “Azərsu” ASC-nin əməkdaşları tutulmanı aradan qaldırmaq üçün tədbirlər görürlər”.
“Azərsu” ASC-dən verilən açıqlamada isə hadisə barədə Sumqayıt Sukanal İdarəsinə məlumat verildiyi bildirilib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
“Azərsu”nun daha bir əməkdaşı iş başında döyüldü - VİDEO
“Azərsu” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı abonentin kobud rəftarı və fiziki təzyiqlərə məruz qalıb. “Azərsu” AS...