Sumqayıtda idman müəllimi niyə həbs edilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam edir.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib. Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.
Oxşar xəbərlər
Dayısı qızının evində usta işləyən kişi onun azyaşlı qızına təcavüz etdi - Yevlaxda dəhşət
Yevlax şəhərində 1988-ci il təvəllüdlü Kamal usta işlədiyi evin yetkinlik yaşına çatmayan qızı Kəmaləyə (adlar şərti verilib - red.) təcavüz edib. BAKU.WS bildi...