Sumqayıtda evdə baş verən partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə təxliyə olunub
Sumqayıtda evdə baş verən partlayışda xəsarət alanlar Yanıq Mərkəzinə təxliyə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən "Report"a bildirilib ki, ötən gün Təcili Tibbi Yardım Xəstəxanasına 2 kişi hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
***09:24
Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəllə ərazisindəki yaşayış binalarının birində qeydə alınıb.
Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıb.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Port Baku"da mənzildə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barə...