Sumqayıtda evdə abort edən qadın öldü - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.
***14:10
Sumqayıtda uşağını abort edən ana ölüb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 37 yaşlı G.Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb.
Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.
Nəticədə o, ağır vəziyyətdə şəhərt Perinatal Mərkəzinə daxil olub. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Azərbaycanda abortların sayı rekord həddə çatıb
Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb. BAKU.WS xəbər verir ki, yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apar...