Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində binada yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar.
Hazırda yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Oxşar xəbərlər
Qaradağ kanalında batan şəxsin meyiti tapılıb
Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində iyulun 17-də batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Föv...