Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərlənib - Vəziyyətləri açıqlandı
Sumqayıtda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
"Dekabrın 2-si saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
*** 09:45
Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.
Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda kriminal aləmi təbliğ edən şəxs saxlanıldı
Sabirabad rayonunda kriminal aləmi təbliğ edən şəxs saxlanılıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yolçubəyli kəndində baş verib. Kənd sa...