Sumqayıtda itkin düşən uşaq tapılıb - YENİLƏNİB
27
avq
2019
21:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda itkin düşən uşaq tapılıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu yaşadığı binanın həyətindən çıxaraq digər binanın qarşısına keçib. Sonra yolu itirdiyindən başqa binaların həyətinə gəlib.Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriləndən sonra uşaq tapılaraq ailəsinə təhvil verilib.20:32Sumqayıtda azyaşlı itkin düşüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Nuriyev Yusif Ülvan oğlu şəhərin 4-cü mikrorayon ərazisində həyətdə oynadığı yerdən yoxa çıxıb.Yaxınları dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat veriblər.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda məktəbli qız yoxa çıxdı
Bakıda azyaşlı qız itkin düşüb.BAKU.WS Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.Xəzər rayonu, Binə qəsəbəsi sakini, 218 saylı...