Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.
Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...