BAKU.WS-in qaldırdığı problem həll olundu: blok TƏMİZLƏNDİ

Sumqayıt şəhəri, 12-ci mikrorayon, 28-ci binada zibillə dolu blokla bağlı məsələ öz həllini tapıb.
BAKU.WS-in yayımladığı xəbərdən sonra aidiyyəti qurumlar hərəkətə keçib və binada təmizlik işləri aparılıb.
Qeyd edək ki, sakinlər uzun müddətdir blokda yığılan zibildən, həmçinin siçovul ölüsünün qalmasından narazılıq edirdilər.
Şahanə Xankişiyeva
***12:44
Sumqayıt şəhəri, 12-ci mikrorayon, 28-ci binada yaşayan sakinlər ciddi problemlə üzləşiblər.
BAKU.WS-ə bildirilib ki, binanın bloklarından biri uzun müddətdir zibillə dolub və hətta siçovul da ölü vəziyyətdə qalıb.
Sakinlərin sözlərinə görə, problem günlərdir davam edir, lakin heç bir aidiyyəti qurum və ya məsul şəxs təmizləmə işlərini həyata keçirməyib. Bu vəziyyət həm sağlamlıq, həm də sanitar-gigiyena baxımından ciddi narahatlıq doğurur.
Sakinlər aidiyyəti qurumlardan vəziyyətin dərhal həll olunmasını və binanın təmizlənməsini tələb edirlər. Onlar bildirirlər ki, uzun müddətdir davam edən bu problem onların gündəlik həyatını çətinləşdirir və təhlükəli şərait yaradır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda mərkəzində piyada yolu yoxdur, sakinlər avtobus yoluna çıxır - TƏHLÜKƏLİ VƏZİYYƏT
Zivərbəy Əhmədbəyov küçəsində piyadalar təhlüklə ilə üz-üzədirlər. Belə ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, sakinlər üçün nəzərdə tutulan...
