Sükan arxasında telefonla oynayan sürücü qəza törətdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda avtomobil qəzası baş verib.
BAKU.WS xəbər verir ki, yolda hərəkətdə olan sürücü mobil telefondan istifadə edərkən qəza törədib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sosial şəbəkədə məlumat yayıb.
Qeyd edilib ki, hərəkət zamanı bir saniyə diqqətin yoldan yayınması ölüm və xəsarətlə nəticələnən hadisəyə zəmin yaradır.
"Diqqət yayındısa, qəza baş verə bilər. Sükan arxasında telefondan və ya digər diqqət yayındıran vasitələrdən istifadə etmək təhlükəlidir!" - deyə sürücülərə çağırış da edilib.
Həmin kadrları təqdim edirik:
Oxşar xəbərlər
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və...