Su polislərindən əməliyyat: Mingəçevirdə saxlanılan var
Yeniliklərdən dərhal xəbərdar olun
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb.
Ondan rezin qayıq, tor, "domça" adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir k...