İstifadə müddəti bitmiş baytarlıq preparatları məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Farmvet” MMC-nin Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istifadə müddəti bitmiş, ümumi çəkisi 2604 kq, 8 adda baytarlıq preparatı “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır", - qurumdan qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda üç tondan artıq dondurma məhv edildi
Bakıda süd zavodunun 3 tondan artıq dondurma məhsulu məhv edilib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayı...