İstanbulda saxta sənəd hazırlayan azərbaycanlı belə tutuldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə saxta sənədlər hazırladığı iddia edilən azərbaycanlı şirkət rəsmisi A.H. saxlanılaraq həbs edilib.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, şirkət xarici vətəndaşların yaşamaq icazəsi müraciətlərinə vasitəçilik edib. Şirkət rəsmiləri sosial media platformalarında “məsləhətçilik” xidməti adı altında “Yaşayış icazəsindən imtina edilən əcnəbilər üçün daimi yaşamaq icazəsi və deportasiya prosedurları aparılır” başlığı ilə saxta sənədlər paylaşıblar.
Baxış keçirilərkən oradan 2 Türkmənistan və Azərbaycan pasportu, 3 doğum haqqında şəhadətnamə, müxtəlif sənədlərin surətləri, xüsusilə notarius, şəxsiyyət və pasport, 6 elektron imza, 1 noutbuk, cib telefonu və 3 min 600 dollar götürülüb.
Saxlanılan azərbaycanlının həmin şirkətin rəhbəri olduğu bildirilir.
Şirkətə 12 min lirə (1178 manat) inzibati cərimə kəsilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...