Siyəzəndə yanğın lokallaşdırılıb

Siyəzəndə yanğın lokallaşdırılıb
Hadisə 31

Siyəzən ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Bu barədə BAKU.WS-ə ETSN-dən bildirilib. Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib ki, hazırda bir qədər tüstülənmə var.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib.

Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Yanğının söndürülməsində Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər