Səidə oğurluqdan danışdı: "İsrafil onu arxadan tutdu və..." (VİDEO)
Paytaxtda quldurluq edən qadın və kişi saxlanılıb.
ARB TV xəbər verir ki, iyunun 4-də iki nəfər naməlum şəxs Yeganə İsayevaya "Neftçilər” metrostansiyası yaxınlığında zor tətbiq edərək əlindəki pul kisəsini və qızıl boyunbağını alaraq hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsi (PB) tərəfindən baş verən cinayət hadisəsi barədə məlumat daxil olan kimi dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Səidə Kərimova və paytaxt sakini İsrafil Hüseynov saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan şəxslər ifadələri zamanı qeyd edilən cinayəti törətdiklərini etiraf ediblər.
Onlar hadisədən əvvəl zərərçəkən qadını izlədiklərini və münasib bildikləri məqamda ona hücum etdiklərini bildiriblər.
Səidə Kərimova (saxlanılan şəxs) : "Neftçilərdə həm ev axtarırdıq, həm də pulsuz idik. Həmin vaxt xanım qabağımıza çıxdı, telefonunu götürmək istədik. Telefonu verməyib qaçmaq istəyəndə, İsrafil onu arxadan tutdu və əli sepinə ilişdi. Sepi yerə düşdü, İsrafil pulqabını və telefonu götürdü".
İsrafil Hüseynov (saxlanılan şəxs) : "Yaxınlaşıb söz soruşmaq istədim. Qorxub qaçdı. Mən də qaçdım dalınca, pulqabısı yerə düşdü, onu götürdüm".
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nizani RPİ-nin 25-ci PB-nə müraciət edə bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadınları qorxuya salan oğru danışdı: “Qadınları izləyib, döyürdüm” – VİDEO
Bakıda qadınlara qarşı zorakılıq edən şəxs saxlanılıb. ARB TV xəbər verir ki, iyun ayının 3-ü saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şə...