Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib
26
iyn
2024
17:00
Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Daşaltı kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 2200 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Oxşar xəbərlər
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə...