Şirvanda bir ailənin 4 üzvü zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda bir ailənin üzvləri dəm qazından zəhərlənib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb.
Belə ki, Şirvan sakinləri - 1956-cı il təvəllüdlü Fərəcov Mətləb İsaq oğlu, onun oğlu - 1986-cı il təvəllüdlü Fərəcov Sabir Mətləb oğlu, 1985-ci il təvəllüdlü Həmzəyeva Bənövşə Məhəmməd qızı və 2012-ci il təvəllüdlü Fərəcov Rəhman Sabir oğlu evdə olarkən dəm qazından zəhərləniblər.
Ailə üzvləri dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada onlara ilk tibbi yardım göstərilib. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Aytənin anası danışdı: “Hamilə olarkən toqqa ilə döyürdü” - VİDEO
2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb....