Şəmkirdə betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı

Şəmkirdə betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı
Hadisə 615

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayonun Dələrcəyir kəndindən keçən hissəsində “KamAZ” markalı betonqarışdıran maşın minik maşını ilə toquşub.

Qəzadan sonra betonqarışdıran maşın digər avtomobilin üstünə aşıb. Minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər