Bakıda betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı - FOTO

Bakıda betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı - FOTO
Hadisə 4388
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı yolda hərəkətdə olan “Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı betonqarışdıran avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır. Qəza yerinə polis əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı məlum olub ki, qəza betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən baş verib. BAKU.WS

Son xəbərlər