Betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirdi, dəhşət yaşandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb.
Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb.
Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub.
Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DJ Çina qəzaya düşdü (VİDEO)
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, qəza "Sahil" metrostansiyası yaxınlığında qeydə alınıb. Hadisə şahidlərinin söz...