Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var
07
avq
2023
13:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağır yol qəzası: Polis zabiti öldü, 4 nəfər yaralandı - YENİLƏNİB - TƏFƏRRÜAT
Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadl...