Şəmkirdə avtomobil ağaca çırpıldı, ölən var

Şəmkirdə avtomobil ağaca çırpıldı, ölən var
Hadisə 103

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Sabir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər