Şəki Xan Sarayında yaralananlardan biri öldü
15
iyl
2019
21:21
Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri vəfat edib.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ötən gün Sarayın həyətindəki çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.
Oxşar xəbərlər
Şəkidə xəsarət alan daha bir nəfər Bakıya göndərilir
Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində ölüm hadisəsinin olması barədə yayılan məlumatlar yanlışdır.BAKU.WS, Oxu.Az-a istinadən x...