Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində FACİƏ
29
yan
2019
11:11
Qax rayonu sakini Orucova Türkan Sədi qızı cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Orucova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.Qeyd edək ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.Allah rəhmət etsin.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qayınana kürəkəni tərəfindən döyüldü
Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb."Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonda baş verib...