Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib
25
sen
2021
15:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə evdə oğurluq hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-nə keçən gecə Kiş kəndindəki evlərin birindən 360 000 rubl (8 280 manat) pul və 1840 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən kənd sakini, ev sahibinin qohumu olan Q.Rəsulov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki,...