Şamaxıda “Shacman” aşıb - Ölən var

03
avq
2022
18:18
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində “Shacman” markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakı-Quba yolunda QƏZA: ölən var - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. FHN-dən BAKU.WS-ə daxil olan məlumatda deyilir: "Fövqəladə Hall...
