Bakıda avtomobil dərəyə aşdı, ölən var

30
mar
2022
20:06
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda avtomobil maneəyə çırpılıb, ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Xət...
