Bakıda avtomobil aşıb, ölən var

12
mar
2021
09:40
Bakıda yol qəzası olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “BMW” markalı minik avtomobilinin aşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Ucarda dəhşətli qəza: Üç nəfər öldü, iki nəfər yaralandı - YENİLƏNİB
Ucarda ağır yol qəzasında xəsarət alanların və ölənlərdən birinin şəxsiyyəti məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar - Bakı şəhər s...
