“Shacman” aşdı: xəsarət alan var

Xızı rayonunda yük avtomobili aşıb, xəsarət alan var.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda avtomobil dərəyə aşdı, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri...
