Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.
Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.
Oxşar xəbərlər
Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə
Lənkəran şəhərində intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Elnur Həbibzadənin cinayət işi üzrə məhkəmə prosesi başa ça...