Şabran sakinindən tüfəng götürüldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.
BAKU.WS xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
Oxşar xəbərlər
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Ci...