Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ
Hadisə 18538
Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, Habil Məmmədov Qazax rayonunun mərkəzində tanışı Turan Əliyevaya təcavüz edib.Cinsi əlaqədə olmaq istəyiHadisə 27 fevral 2015-ci il tarixdə baş verib. Habil Məmmədov həmin gün Turanənin fiziki cəhətdən köməksiz vəziyyətindən istifadə edib və onunla cinsi əlaqədə olmaq istəyib.Bu məqsədlə o, həmin vaxt Turanə ilə rayonun mərkəzində olan parkda görüşüb. Habil Həmin vaxt Turanə ilə sərbəst söhbət etmək üçün sahibsiz olan tikiliyə getməyi təklif edib.Sahibsiz tikilidə zorakılıqHabilin iyrənc əməlindən xəbərsiz olan Turanə onun təklifi ilə razılaşıb. Onlar birlikdə Habilin göstərdiyi sahibsiz yerə gediblər.Orada Habil qızla intim münasibət təklif edib və daha sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Turanə isə Habilin istəyi ilə razılaşmayıb.Avtomobildə intim münasibətBu zaman Habil Turanəyə zorakılıq göstərib, onunla zorla cinsi əlaqədə olmaq istəyini reallaşdırıb. O, Turanənin paltarını zorla əynindən çıxarıb və onunla cinsi əlaqədə olub.Daha sonra Habil Turanəni həmin gün saat 18.00-da idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə Qazax rayonunun Ağköynək kəndinə gətirib. Orada maşını su kanalının kənarına sürüb.Seksual ittihamSu kanalının yanında Habil Turanə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədıyini bildirib. Yenə də Turanə onun istəyi ilə razılaşmayıb.Bu zaman Habil Turanəyə zorakılıq göstərib və onunla avtomobildə qeyri-təbii yolla cinsi əlaqədə olub. Turanənin hüquq-mühafizə orqanlarına şikayətindən sonra Habil Məmmədovun barəsində cinayət işi başlanıb.İstintaq orqanı tərəfindən Habil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.Sevgi münasibətiTəqsirləndirilən şəxs qismində ifadə verən Habil Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Turanə ilə bir müddət əvvəl sosial şəbəkədə tanış olub.Habil Məmmədovun ifadəsinə görə, Turanə ilə sonradan sevgi münasibəti olub. Amma o, ifadəsində Turanəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri göstərmədiyini deyib.Bəraət hökmüQazax rayon Məhkəməsinin hökmü ilə Habil Məmmədovun əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Habil Məmmədovun barəsində olan hökmün ləğv edilməsini, onun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib. Zərərçəkmiş Turanə Əliyeva da eyni tələblə apelyasiya şikayəti verib.Prokurordan və zərərçəkmişdən şikayətHər iki tərəfin şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya protesti və şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də zərərçəkmişin şikayəti təmin olunmayıb.Bu qərardan narazı qalan prokuror və zərərçəkmiş Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə prokurorun kasasiya protesti, zərərçəkmişin kasasiya şikayəti araşdırılıb.Hakim heyəti tərəflərin şikayətlərini təmin etməyib.BAKU.WS

Son xəbərlər