Sevdiyi qızı qaçıran gəncə hökm oxunub

Sevdiyi qızı qaçıran gəncə hökm oxunub
Hadisə 56

Sevdiyi qızı qaçırtmaqda təqsirləndirilən İsgəndər İsgəndərov və dostu Əlisaab Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökm elan edilərək İsgəndər İsgəndərova 3 il, Əlisaab Abdullayeva isə 2 il müddətinə şərti cəza təyin edilib.

Qeyd edək ki, istintaq dövründə hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) və 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddələri ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər