Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI
Bakıda sərxoş sürücü polisi aldadıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, paytaxt sakini olan bir nəfər ona məxsus olan VAZ-2107 markalı avtomobilin Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qaçırılması barədə polisə müraciət edib.
Daxil olan şikayət ərizəsi əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəticədə şəhər ərazisində hərəkətdə olan həmin avtomobil müəyyən edilərək saxlanılıb.
Sürücünün izahatı alınan zaman o, "avtomobil mənimdir və sərxoş olduğum üçün onun yerini unudub polisə maşınımın qaçırılması barədə yalan məlumat vermişəm", - deyə ifadə verib.
Məlum olub ki, sürücü axşam yeyib-içdikdən sonra sərxoş olub və nəqliyyat vasitəsini harada park etdiyini unudub. Dərhal polisi yığan sürücü avtomobilinin qaçırıldığını deyib. Səhər ayıldıqdan sonra maşını harada park etdiyini xatırlayıb. Lakin o, avtomobilini tapması barədə polisi məlumatlandırmayıb. Avtomobil hələ də axtarışda olduğu üçün polis onu saxlayıb.
Məsələ aydınlaşandan sonra sürücü sərbəst buraxılıb.
Oxşar xəbərlər
Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib
2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. BAKU.WS xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmlə...